Azərbaycan Ermənistanın iqtisadi artımından ehtiyat etdiyi üçün Ermənistan sənayesinə təzyiq göstərməyə tələsir.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə Ermənistan Mədənçilər və Metallurqlar İttifaqının sədri Vardan Canyan mətbuat konfransında çıxış edib.
Birlik rəhbərinin sözlərinə görə, Azərbaycanın “təzyiqləri” hibrid müharibənin növbəti təzahürüdür və Ermənistanın biznesi düşmənin məqsədlərindən birinə çevrilib:
“2014-cü ildən bəri Ermənistanın iqtisadi artımı Azərbaycanın göstəricilərini üstələyir. Hazırda Ermənistanda ÜDM artımı 12,6%-dirsə, Azərbaycanda bu rəqəm 4%-dir. Növbəti il üçün Ermənistanda yenidən ikirəqəmli proqnoz var, Azərbaycanda isə sıfır (? – red.). Bu tendensiya davam edərsə, Ermənistan iqtisadi baxımdan Azərbaycanı qabaqlayacaq. Bakı başa düşür ki, iqtisadi artım hərbi balansın pozulmasına gətirib çıxaracaq, ona görə də onlar Ermənistanın inkişafına mane olmağa çalışırlar”.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
O, qürrələnərək bildirib ki, Ermənistanda iqtisadi artım İsraili, Cənubi Koreyanı və s. ölkələri qabaqlayır.
Qeyd edək ki, Ermənistanda iqtisadi “sıçrayışın” səbəbi Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsində oynadığı rola görədir. Belə ki, 2022-ci ildən Ermənistanın Rusiyaya ixracı 4 dəfədən çox artıb, bunun nəticəsində Ermənistana Rusiyadan külli miqdarda vəsait daxil olub.
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı