Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində fəaliyyət göstərən "Aysberq" kafesinin ətrafında, Yevlax rayonunun Aran qəsəbəsindəki avtoyuma məntəqəsinin yaxınlığında və Samux rayonunun Kolayır kəndi ərazisindəki dərədə məişət tullantılarının qalaqlanaraq yandırılması faktları müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov BUTA.TV-a bildirib ki, araşdırma zamanı tullantıların Xaçmaz və Yevlax rayonları ərazilərində iaşə obyektlərinin əməkdaşları tərəfindən ətraf ərazilərə atıldığı, Samux rayonunda isə Samux Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə məxsus yük maşınından dərəyə boşaldıldığı məlum olub.
Faktlarla bağlı “Aysberq” kafesinin istifadəçisi Namik Əsədov, avtoyuma məntəqəsinin işçisi Cəsarət Zülüyev və Samux MKTİB-nin yük maşınının sürücüsü Qara Əliyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbirlər görülüb.
Xidmət rəsmisinin sözlərinə görə, ərazilərin təmizlənməsi və mütəmadi nəzarət olunması ilə bağlı hər üç müəssisənin məsul şəxslərinə məcburi göstəriş verilib, Samux MKTİB-nin rəhbərliyinə isə sürücülərin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı