Xəbər verdiyimiz kimi, ötən gün DİN-in keçirdiyi əməliyyat nəticəsində FETÖ ilə əlaqəli 5 nəfər həbs olunub ki, onlardan da biri tanınmış iqtisadçı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur.
BUTA.TV xəbər verir ki, rəsmi açıqlamada əməliyyatın Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında aparıldığı vurğulanıb.
Türkiyə mediasında isə olayla bağlı bir qədər fərqli məlumat əksini tapıb. “İhlas” xəbər agentliyi yazıb: “Onların FETÖ-nün təhsil və təlim mərkəzlərində uzun müddət FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasına şərait yaratdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim və yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib”.
Qeyd edək ki, DİN-in məlumatında bu detallar yoxdur.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı