Biz reinteqrasiya yolu ilə gedəcəyik, getməyə hazırıq. Erməni azlığının (Qarabağdakı – red.) hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında söyləyib.
Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib:
“Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir.
- Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
- Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?