Böyük Britaniya “Vaqner”lə əlaqəsi olduğu iddia edilən Mərkəzi Afrika Respublikası, Sudan və Malidə səkkiz şəxs və beş şirkətə sanksiya tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Sudanda qızıl hasilatı ilə məşğul olan Yevgeni Priqojinin “M İnvest” şirkəti, Sudanın “Maroe Gold” və “Al-Solag Mining Company” kompaniyaları, eləcə də Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Lobaye Invest Sarlu” və “Sewa Security” şirkətləri ölkədə sülhə, sabitliyə xələl gətirən fəaliyyətlə məşğul olduqlarına görə sanksiyaya məruz qalıb.
Bütün şirkətlərin “Vaqner”lə əlaqəli olduğu iddia edilir. Siyahıya Priqojinin strukturlarının işçiləri və ya “Vaqner” bölmələrinin komandirləri olan səkkiz nəfər də daxildir. Onların arasında “Maroe Gold”un direktoru və “M İnvest”in regional direktoru Mixail Potepkin, həmçinin “M Invest”in baş direktoru Andrey Mandel də var. Siyahıda Aleksandr Maloletko, Konstantin Pikalov, Aleksandr İvanov, Mərkəzi Afrika Respublikasında “Vaqner” qrupunun komandiri təyin edilmiş Vitali Perfilev, Banqidəki Rus Evinin rəhbəri Dmitri Sıtı və Malidə “Vaqner” qrupunun rəhbəri seçilən İvan Maslov da yer alır.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Tətbiq olunan sanksiyalar Böyük Britaniyadakı fiziki və hüquqi şəxslərin aktivlərinin, əgər varsa, müsadirə edilməsini və ölkəyə girişinin qadağan edilməsini nəzərdə tutur.
- Azərbaycanda polkovnik vəfat etdi - Foto
- Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
- Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…