Türkiyədə keçiriləcək Güney Azərbaycan Mədəniyyət və İncəsənət Festivalının “Urmu gecəsi” proqramında iştirak edəcək sənətçilərin adları bəlli oldu. Bir çoxu tanınmış sənətkardır.
Bu sözləri Kult.az-a festivalın təşkilatçısı, Türkiyədə Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu tədbirin qonaqları haqqında danışarkən deyib.
Festivala 25 sənətçinin dəvət olunduğunu deyən Mehmetxanoğlu onların 23-30 sentyabr tarixlərində Güney Azərbaycanın incəsənətini sərgiləyəcəklərini bildirib:
“Proqrama “Təbriz gecəsi” ilə yanaşı “Urmu gecəsi” də salınıb. 2006-ci ildə Babək qalasında qaldırılan Güney Azərbaycan bayrağı və şüarından təsirlənərək yazılmış “Təbrizim, bayrağım” mahnısının müəllifi musiqiçi Xosrov Əmiri də qonaqlar sırasındadır. “Urmu gecəsi”nin daha bir fəxri qonağı kamança ustadı Möhsün Qurbanidir. O, festival günlərində "Şuşa" orkestri ilə birlikdə çıxış edəcək. Cavid Təbrizli “Təbriz” mahnısı ilə sentyabrın 30-da səhnəyə çıxacaq. Festivalın son günündə tanınmış xanım sənətçi Sonay Ruhinin də konserti planlaşdırılır”.
Qeyd edək ki, sentyabrın 23-dən 30-dək İzmir şəhərində Güney Azərbaycan İncəsənət Festivalı keçiriləcək. Sənət bayramında musiqi, ədəbiyyat, kino fotoqrafiya, aşıq sənəti ilə bağlı bir həftəlik proqram nəzərdə tutulub. Məqsəd Güney Azərbaycanın müasir incəsənətini türkiyəlilərə tanıtmaqdır. Festivalın təşkilatçısı Güney Azərbaycan Mədəniyyət Mərkəzidir.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Azərbaycandan Ermənistana 14 vaqon buğda göndərilir
- Azərbaycanda polkovnik vəfat etdi - Foto
- Zəngilana və Şükürbəyli kəndinə növbəti köç yola salındı
- Hərbi Hava Qüvvələrinin polkovniki vəfat etdi
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib