Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri iyulun 14-də Şuşada davam edir.
Kult.az xəbər verir ki, Vaqif Poeziya Günlərinin iştirakçıları tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı”nda tarixi məkanları ziyarət ediblər.
Ekskursiya Milli Xalça Muzeyinin Şuşa filialından başlayıb. Burada qonaqlara məlumat verilib ki, Milli Xalça Muzeyinin Şuşa filialında sərgilənən sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa imkan yaradır.
Sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılan Saatlı məscidində olublar. Onlara məlumat verilib ki, burada konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun aparılır. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılır.
Həmçinin, qonaqlar Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yuxarı Gövhər Ağa məscidini ziyarət edib, məscidin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video
- Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto
- Britaniya Lotu Qulinin qardaşına sanksiya tətbiq etdi
- Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq
- “Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - Video
- Nazir ona vəzifə verdi - Foto
- Bazar günündən metro yeni qrafikdə işləyəcək
- 14 yaşlı yeniyetmə faciəvi şəkildə öldü - Foto