“Hər qurumun öz trolları var. Dəfələrlə bu haqda danışmışam, yenə yazım, oxuyun (onsuz da başa düşən düşür, özünü gic yerinə qoyanlara isə pul ödəyirlər hər ay).
Cəmiyyətdə fikir formalaşdırmaq, fikir yayındırmaq və yaxud başqa yerə yönəltmək üçün şərh və statuslar yazan insanlara aylıq maaş ödənilir. Mən dənizkənarı bulvarı tənqid etmişəm. Saytlar sağ olsunlar, yazıb paylaşıblar. Həmin xəbərin altında feyk profillərlə yazılan şərhləri oxuyub dəhşətə gəlmək olar”. BUTA.TV-nin xəbərinə görə, bunu müğənni Nura Suri bildirib.
“Pul ödədiyiniz insanlara heç olmasa, hazır mətn göndərin ki, yazdıqları şərh və statuslar səviyyəli görünsün. Yoxsa, cəmiyyətimizin belə tupoylardan ibarət olduğunu göstərməkdir məqsədiniz? Cəmiyyətimizdə yetərincə ağlı başında, savadlı insanlar var, onları təbliğ edin. Dövlətini, millətini sevən kəs öz millətini belə qanmaz, ağılsız kimi göstərməz. Trollara kim ödəyir bu pulu, nə məqsədlə millətimizi belə qələmə verir bir araşdırın. Trolların vasitəsi ilə mədəniyyətimizin üzvlərini gözdən saldınız yetmədi? Yazıçı qalmadı, müğənni, aktyor, alim qalmadı gözdən salmayasınız. Hamı hər şeyi görür, bilir, öz aralarında da müzakirə edir. Bəziləri də mənim kimi sosial şəbəkələrdə yazır. Ağlımız başımızdadır, tupoy da deyilik”, - N.Suri qeyd edib.
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video
- Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto
- Britaniya Lotu Qulinin qardaşına sanksiya tətbiq etdi
- Metro gücləndirilmiş rejimə keçir: İnterval belə olacaq
- “Bu ərazilərdə metro tiksək, vətəndaşlar mərkəzə gəlməyə çalışacaq” - Video
- Nazir ona vəzifə verdi - Foto