Astara sakinində tapança və psixotrop maddə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video
- Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto