“Alibaba Group”un həmtəsisçisi, çinli milyarder Cek Ma Çin hakimiyyəti ilə təxminən iki il davam edən münaqişə ucbatından şəxsi sərvətinin 30 milyard dollarını itirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
“Çinin Mərkəzi Bankının Manın həmtəsisçisi olduğu texnoloji nəhəng “Ant Group”a 7,12 milyard yuan (cari məzənnə ilə 985 milyon dollar) cərimə tətbiq etməsindən sonra iş adamının sərvəti rekord həddə düşüb. İyulun 12-də Manın sərvəti təxminən 30 milyard dollar olub, bu, Pekin ilə münaqişə başlamazdan əvvəl onun şəxsi maliyyəsinin yarısı idi”, - məlumatda deyilir.
Qeyd edək ki, milyarder 2020-ci ilin oktyabrında Çinin maliyyə tənzimləmə sistemini tənqid edib. Bundan sonra Pekin onun “Alibaba” və “Ant” da daxil olmaqla, bütün bizneslərini izləməyə başlayıb.
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video
- Direktoru işdən çıxardı, yeni vəzifə verdi - Foto