Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən BUTA.TV-a bildirilib ki, test imtahanı mərhələsində coğrafiya fənni üzrə ən yüksək balı Aidə Daşdıyeva (100/92,5), Aytac İsgəndərli (100/92,5) və Röyal Kərimov (100/91,25), tarix fənni üzrə isə ən yüksək balı Kamran Xəlilov (100/93,75), Günel Salmanova (100/91,75) və Rəhman Süleymanlı (100/91,75) toplayıblar.
Xatırladaq ki, bu gün keçirilən test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub.
Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video