İyulun 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz Balakən-Şəki zonasının bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video