Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, iyulun 12-də səfir Aleksey Dedov İran XİN Körfəz ölkələrinin baş direktoru Məhəmməd Mehdi Maleki tərəfindən nazirliyə çağırılıb. Ona İranın Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında strateji danışıqların yekun bəyanatında yer alan məzmuna etiraz çatdırılıb.
Məlumata görə, Rusiya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri arasında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları haqqıənda verilən bəyanat İranı qane etməyib. Bu adaları İran öz ərazisi, Birləşmiş Ərəb Əmirlikləri isə özününkü sayır. Nazirlik Rusiyanı bu məsələdə mövqeyini dəqiqləşdirməyə çağırıb.
Qeyd edək ki, iyulun 10-da Moskvada Omanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq görüşü keçirilib. Görüşdən sonra birgə bəyanat qəbul edilib. Sənəddə adıçəkilən adalarla bağlı bir neçə dəfə İrana qarşı fikirlər yer alıb.
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı
- Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb
- “Space FM”in rəhbəri də işdən çıxarıldı
- WUF13-la bağlı 75 briqada və 35 təcili yardım maşını ayrıldı
- “Toy özlüyündə Azərbaycan mədəniyyətinə rəqib deyil” - Video
- AZAL Dubaya reysləri bərpa edir
- Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq
- İctimai nəqliyyatda ilk: Üztanıma ilə ödəniş... - Video