Paris-2024 Olimpiya məşəli 400-dən çox şəhərdən keçirilərək Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq.
BUTA.TV xəbər verir ki, Paris Oyunları Təşkilat Komitəsi 2024-cü il mayın 8-dən iyulun 24-dək Fransa ərazilərindən keçiriləcək Olimpiya məşəlinin marşrutunu açıqlayıb. Bildirilib ki, 65 şəhərdə xalqlar arasında sülh və dostluq rəmzi olan Olimpiya məşəlinin gəlişi təntənə ilə qeyd ediləcək.
Estafetdə 10 min insan iştirak edəcək. Mon-Sen-Mişel, Versal sarayı, Karkason şəhəri, Millo viadükü, Sent-Emillion üzüm bağı, Anqulemdəki komiks muzeyi, Kann festival zalı, Monblan vadisi kimi məkanlar Olimpiya məşəlini qarşılayacaq.
İyunun 8-dən 17-dək okeanlar estafeti baş tutacaq. İyulun 14-də Olimpiya məşəli Parisə çatacaq və 48 saat ərzində bütün rayonları keçəcək. Sonra Sən-Qantən, Bove, Mo, Kretey, Versal və Nanter şəhərlərini dolaşaraq Olimpiya Oyunlarının açılış mərasiminə çatdırılacaq.
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video
- Temperatur düşür: Bakıya yağış yağacaq
- İlham Əliyev Qazaxıstandadır - Fotolar
- Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik
- “Speys" radiosunun rəhbəri də işdən çıxarıldı