Gədəbəy hadisəsinin təbii səbəbi var idi. Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.
“Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bununla bağlı prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib.
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şagird sinif yoldaşlarını hər gün döyür? - Video
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video
- Temperatur düşür: Bakıya yağış yağacaq
- İlham Əliyev Qazaxıstandadır - Fotolar