Putinin Priqojinlə görüş qərarı Kremlin bütün bu müddət ərzində kütlələrə aşıladığı ritorika ilə tamamilə ziddiyyət təşkil edir. Çünki iyunun sonunda Putin və Peskov Priqojinin harada olması barədə heç nə bilmədiklərini bəyan ediblər. Ola bilsin ki, Kreml Priqojinin mühakimə olunmadan Rusiyada sərbəst hərəkət edə bilməsi ilə bağlı yaranan bir sıra suallara cavab vermək üçün görüşü ictimailəşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rus təbliğatçı Boris Rojin də istisna etmir ki, bu gün Kreml “Vaqner”dən və Priqojinin özündən çox asılıdır. Əgər vaqnerçilərin lideri fiziki cəhətdən aradan qaldırılarsa, o zaman Putin muzdlularla əlaqə ipini itirəcək. Putin və Priqojin mediaya “sızmayan” məqamları müzakirə ediblər: Priqojin və “Vaqner”in sonrakı taleyi barədə. Bir tərəfdən Priqojindən bütün ittihamlar götürüldü və ona Rusiyada biznesini idarə etməyə icazə verildi, digər tərəfdən isə o, media şirkətlərindən uzaqlaşdırıldı. Və həmin gün, iyulun 10-da Gerasimov iyunun 24-dən sonra ilk dəfə televiziya ekranlarında göründü. Kreml açıq şəkildə bildirdi ki, guya o, ölkədəki vəziyyətə nəzarət edir. Putin bir daha göstərdi ki, o, heç vaxt kənardan təzyiq altında heç kimi işdən çıxarmayacaq və konkret vəzifədən uzaqlaşdırmayacaq.
Şoyqu və Gerasimova ictimai dəstək, Putinin Priqojinlə görüşünün etirafı onu göstərir ki, Kreml qiyamda tələb edilənlərin artıq keçmişdə qaldığını bildirir. İyulun 10-da rus hərbi müxbirlərindən biri “Vaqner” komandirindən müsahibə alıb. Komandir əmin edib ki, şəxsi heyətindən heç biri Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamayıb və o, Priqojinin komandanlığı altında döyüşü davam etdirməyə, yaxud da tərxis olunmağa hazırdır”, - məlumatda deyilir.
Qeyd edək ki, Kreml 29 iyunda Priqojin və digər komandirlərin Putinlə görüşdüyünü təsdiqləyib.
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şagird sinif yoldaşlarını hər gün döyür? - Video
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video