Millət vəkili Etibar Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının vəzifəsindən azad edilmə səbəbini Baku TV-yə açıqlayıb.
BUTA.TV xəbər verir ki, Etibar Əliyev universitetdə olan təlim-tərbiyə prosesinin zəifliyini əsas səbəb olaraq qeyd edib.
“Necə ola bilər ki, yüzlərlə gənc xorla kriminal avtoritetə mahnı oxuyur? Mən o zaman Mustafa Babanlını istefa verməyə çağırdım ki, təlim-tərbiyə prosesləri universitetdə necə həyata keçirilir? Biz hansı gəncləri həyata hazırlayırıq? Gənclər xorla bir yerdə kriminal avtoritetə mahnı oxuya bilərmi? Bunun açıqlamasını istədim. Lakin Mustafa Babanlı bunun heç bir açıqlamasını vermədi. Bu hadisə göstərdi ki, universitetdə təlim-tərbiyə prosesi zəifdir. Təlim-tərbiyə prosesi aşağı səviyyədədirsə bu birmənalı olaraq təhsilin keyfiyyətinə də təsir göstərir”, - millət vəkili bildirib.
Millət vəkili Mustafa Babanlının universitetdə yerlibazıq, dostbazlıq, qohumbazlıq işləri ilə məşğul olduğunu vurğulayıb:
“Rektor istənilən şəxsi istədiyi kimi vəzifədən azad edib, kənardan aidiyyatı olmayan adamları universitetə daşıyıb”.
Qeyd edək ki, Mustafa Babanlı ötən gün Prezident sərəncamı ilə tutduğu vəzifədən azad olunub.
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq
- Şagird sinif yoldaşlarını hər gün döyür? - Video
- Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
- Binəqədidə fasiləsiz su rejimi tətbiq olundu - Video