"Linkoln"u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, yeni mövsümün ilk matçında çatışmazlıqlar ola bilər: "Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdür. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram".
Təlim-məşq toplanışına da toxunan Qurbanov hazırlığın yaxşı keçdiyini vurğulayıb: "Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər".
Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda keçiriləcək "Linkoln" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
- Prezident Türküstanda bir sıra mədəni məkanlarla tanış oldu - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq