Rusiya mətbuatında ölkə hərbçilərinin Qarabağda Ermənistan tərəfindən Azərbaycana qarşı döyüşdüyünü əks edən materiallar dərc olunub. Onların hansı istiqamətdə vuruşduğu qeyd edilməsə də, Ermənistan tərəfində olduqları artıq faktdır.
Bunu BUTA.TV-a açıqlamasında siyasi şərhçi Turab Rzayev qeyd edib.
Siyasi şərhçi məsələ ilə bağlı faktları sadalayıb:
“Rusiyanın Saxa Respublikasının Mirnıy şəhərinin administrasiyası İqor Tajibayevin haqqında kitab nəşr dib. Kitabda onun 2022-ci ilin avqustunda könüllü şəkildə Ukraynada “xüsusi əməliyyata” qatıldığı, əvvəl isə Qarabağda döyüşdüyü bildirilib. Başqa bir fakt da var. Rusiyanın Perm diyarının “Ural” xəbər saytında Solikamsk şəhərindən Andrey Kovalyov İkinci Qarabağ müharibəsində iştirakına görə “Jukov” medalı ilə mükafatlandırılıb. Sözügedən medal isə Rusiya Federasiyasının dövlət maraqlarını qorumaq üçün hərbi əməliyyatlarda cəsarət, özünü təhlükəyə atmağa və şəxsi igidliyə görə verilir”.
- Prezident Türküstanda bir sıra mədəni məkanlarla tanış oldu - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq