Birinci Dünya müharibəsi dövründə ermənilərin Urmiya, Salmas və Xoy şəhərlərində törətdikləri soyqırımdan bəhs edən 75 dəqiqəlik “Cilovluq” sənədli filminin çəkilişləri başa çatıb.
Kult.az xəbər verir ki, bu sözləri Güney azərbaycanlı rejissor Rza Siyami deyib.
“Sənədli filmin mövzusunun tədqiqi urmiyalı tarixçi alim Tövhid Məlikzadə tərəfindən aparılıb və rejissorluğu mənə həvalə edilib. Film 4 il İran, Azərbaycan və Türkiyədə Cilovluq qırğını ilə bağlı axtarış-tədqiqat işləri aparıldıqdan sonra 2022-ci ilin yayında Urmiya, Salmas, Xoy və Təbriz bölgələrində lentə alınıb”, - Siyami bildirib.
Onun sözlərinə görə, film son mərhələdədir:
“Yaxın vaxtlarda tənqidçilərin və mütəxəssislərin təsdiqi üçün özəl olaraq nümayiş etdiriləcək. Sənədli film təsdiq edildikdən və yayım icazəsi alındıqdan sonra daxili rəqəmsal platformalarda ictimaiyyətə nümayiş olunacaq”.
O, sənədli filmin İranla yanaşı, Türkiyənin TRT, Azərbaycanın AzTV telekanallarında da yayımlanacağını deyib.
- Prezident Türküstanda bir sıra mədəni məkanlarla tanış oldu - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq