Erməni saytlarının bugünkü əsas xəbəri Ermənistandan Qarabağa qaz nəqlinin bərpasıyla bağlıdır. Ermənistandan Qarabağa qaz nəqli qanunsuzdur. Ermənistan Azərbaycan torpaqlarının işğalının ilk illərində ərazimizə qanunsuz boru xətti çəkib və həmin boru xətti ilə Rusiyadan aldığı qazı Qarabağa nəql edir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra həmin boru xəttinin bir hissəsi nəzarətimizə keçib:
“Humanizm prinsipləri nəzərə alınaraq, qazın nəqlinə mane olunmayıb. Ancaq bu, müvəqqəti xarakter daşımalıdır, çünki Azərbaycanla Ermənistan arasında bununla bağlı heç bir saziş olmadığı halda qonşu ölkədən Qarabağa qanunsuz qaz nəqli məsələsinin həllinə ehtiyac var. Azərbaycan qaz ölkəsidir və uzaq ölkələri mavi yanacaqla təchiz edir. Azərbaycan Qarabağın tamamını qazla təmin etmək iqtidarındadır. Ancaq bunun üçün Qarabağ erməniləri 1) Azərbaycan qanunları ilə yaşamalı; 2) digər vətəndaşlarımız kimi istifadə etdikləri qaza görə pul ödəməlidirlər.
Qarabağ erməniləri bu iki şərtimizi qəbul etməyərək, Azərbaycan qazından imtina edərlərsə, Ermənistandan Azərbaycana qaz nəqli dayandırılmalıdır”.
- Liderlərin səmimi anları - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq