Fransa Ukraynaya yardımı artıracaq, yeni tədarüklər hazırlanır.
BUTA.TV xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib.
“Heç kim Fransanın lazım olduğu qədər Ukraynanı dəstəkləmək əzminə şübhə etməməlidir. Yeni hərbi yardımın çatdırılmasına hazırlıq görülür. Fransa dəfələrlə təsdiqləyib ki, o, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qanuni müdafiəsini təmin etmək üçün lazım olduğu müddətdə Kiyevə dəstək verəcək. Bu öhdəliyi yerinə yetirmək əzmimizə heç kim şübhə etməməlidir", - nazir vurğulayıb.
- Liderlərin səmimi anları - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib
- Bakıda pulsuz ictimai çimərliklər yay mövsümünə hazırdır
- Küçə ticarəti ilə məşğul olanlara şərait yaradılacaq - Tapşırıq