Zəngilanın Bürünlü kəndində aşkarlanan 3 tondan çox çətənə bitkiləri yandırılaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Bürünlü kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən ümumilikdə çəkisi 3 ton 330 kiloqram olan 4 630 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
- Hava ilə bağlı daha bir xəbərdarlıq
- O erməni qadının mənə etdiklərini dana bilmərəm...
- Liderlərin səmimi anları - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
- Yanvar-aprel aylarında pensiyalara bu qədər vəsait yönəldilib