Tiflisdə keçirilməsi nəzərdə tutulan “Tbilisi Pride” festivalı son anda ləğv edilib.
BUTA.TV xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Bildirilib ki, ləğvetməyə səbəb LGBT əleyhdarlarının polis kordonunu yarması olub.
“Biz ərazini tərk etməli olduq. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini qoruya bilmədi. Təxliyə taksi ilə həyata keçirilib. Xahiş edirəm, festivalın ərazisinə girməyin!”, - festivalın təşkilatçıları yazıb.
Qeyd edək ki, LGBT əleydarlarının təhdidlərinə görə festival qapalı məkanda “Qürur həftəsi” ilə başa çatmalı idi.
Festivalın əleyhdarları isə günortadan aksiyaya başlamışdılar. Onlar nəhayət, ərazini zəbt edib, səhnəni sındırıb, LGBT simvollarını yandırıblar.
Bir neçə nəfər saxlanılıb.
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq
- O erməni qadının mənə etdiklərini dana bilmərəm...
- Liderlərin səmimi anları - Fotolar
- Bakıda məktəbdə şagirdlər arasında münaqişə...
- Fənn müsabiqələrində keçid balları niyə fərqlidir?
- Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını döyüb
- Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat