Çeçenistan rəhbəri Ramzan Kadırov xəyalən Putindən sonrakı Rusiyadadır və artıq onu “Rusiya idarəsi”dən silmək olar.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı publisist və politoloq Andrey Piontkovski deyib
"Priqojinin üsyanından sonra kadırovçular heç yerə getməyəcəklər. Kadırov artıq xəyalən Putindən, müharibədən sonrakı Rusiyada yaşayır və dövlətini qorumaq üçün ordu yaradır. Onun vəzifəsi var və Rusiyada digər vaqnerçilərdən fərqlənir.
İmperialist müharibə vətəndaş müharibəsinə deyil, mafiyaya, vaqnerçilərin gələcək hakimiyyət uğrunda mübarizəsinə, Putinin əlaltılarının məğlubiyyətindən və getməsindən sonra sahibsiz qalacaq nəhəng əmlaklar üçün savaşa çevrilir. Mübarizə çeçen xalqının müstəqilliyini qorumaq məqsədindən ibarətdir”, - deyə o bildirib.
Piontkovski qeyd edib ki, Çeçenistan de-fakto müstəqildir, lakin bütün bunlar Putinlə Kadırovun şəxsi birliyinə əsaslanır.
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq