Türkiyənin "Çaykur Rizespor" komandası "Qarabağ"da çıxış edən Kevin Medina ilə anlaşıb.
BUTA.TV-ın məlumatına görə, bu barədə türkiyəli jurnalist Ertan Süzgün özünün tviter səhifəsində paylaşım edib.
O bildirib ki, kolumbiyalı futbolçu Ağdam klubunun iyulun 11-də Cəbəllütariqdə "Linkoln"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra Qara dəniz təmsilçisinin düşərgəsinə qoşulacaq.
30 yaşlı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından "Qarabağ"da çıxış edir.
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq