Pakistanda son iki həftədə daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər həlak olub, daha 87 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Ən çox ölüm hallarının Pəncab əyalətində qeydə alındığı bildirilir. Əyalətdə binaların çökməsi və torpaq sürüşmələri 20-yə yaxın insanın həyatına son qoyub. Ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla rayonunda isə 8 yeniyetmə həlak olub. Hazırda xilasedicilər dağıntılar altında qala biləcək uşaqların axtarışını davam etdirir.
Sinoptiklər yaxın günlərdə Pəncab əyalətinin bütün ərazisində musson yağışlarının davam edəcəyi və daşqın təhlükəsi barədə xəbərdarlıq ediblər.
2022-ci ildə Pakistanda musson yağışlarının səbəb olduğu dağıdıcı daşqınlar və torpaq sürüşmələri 1,7 min insanın ölümü ilə nəticələnmişdi.
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto
- DİM nəticələri elan etdi: 1 nəfər maksimal bal topladı
- 19 aprel imtahanlarının nəticələri - Cəmi bir nəfər 300 bal yığdı
- Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - Video
- “Telefonunuzu verməsəniz, silah çıxaracaqlar” - Video
- Əsgəran Silah Muzeyi yaradılır
- Hava ilə bağlı daha bir xəbərdarlıq