Ağcabədi rayonunda avtomobillər toqquşub.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Qasımov Şamil İlqar oğlu VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Yavər Adıgözəl oğlu Allahverdiyevə məxsus VAZ-21074 markalı və Muradov Vüqar Maşallah oğluna məxsus VAZ-21063 markalı avtomobillərinə çırpılıb.
Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mamedov Mahir Kərəm oğlunu vuraraq öldürüb.
Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto