Bərdədə 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Trend-a istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə magistral yolunun rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, "Kamaz" markalı yük avtomobili əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vuraraq əks istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı avtomobilin üzərinə atıb. Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən elə yerindəcə vəfat edib.
KamAz markalı yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto