“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə istintaqa cəlb olunub.
BUTA.TV xəbər verir ki, birlik sədri Vətən müharibəsi iştirakçısının şikayəti əsasında saxlanılıb.
Elvin Mahmudzadə qazilər üçün ayrılmış külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.
E.Mahmudzadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq
- Psixoloqdan estetik əməliyyat istəyənlərə çağırış
- Nəcibə Nəsibova vəzifədən azad edildi - Foto