Moldovanın paytaxtı Kişinyovda keçirilən ağır atletika üzrə 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində erməni hakim Nazik Avdalyan Türkiyə himninə qarşı hörmətsizlik edib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi zamanı Türkiyə himni səslənərkən zalda hər kəs hörmət əlaməti olaraq ayaq üstə hərəkətsiz dayansa da, erməni qadın hakim himnə məhəl qoymayıb. O hərəkət edib, telefonla məşğul olub.
Türkiyə himninə qarşı hörmətsiz davranışına görə Avdalyan cəzalandırılıb. O, ehtiyat hakimliyə göndərilib.
- Bayram namazının vaxtı - Açıqlandı
- Bu şəxslər də 1 il hərbi xidmət keçəcək
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq