Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişineuda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medal qazanıb.
Ağır Atletika Federasiyasından BUTA.TV-a bildirilib ki, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 99 kiloqramı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.
Təkanla qaldırmada 112 kiloqramın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kiloqram (99+112) nəticə ilə 4-cü yeri tutub.
Qeyd edək ki, daha əvvəl Turan Əliyev (67 kq) yaşı 17-yə qədər olan oğlanlar arasında Avropa üçüncüsü olub.
- Bayram namazının vaxtı - Açıqlandı
- Bu şəxslər də 1 il hərbi xidmət keçəcək
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq
- Maksimum balı təkcə o topladı - Foto
- Bakıda 2 gün intensiv yağış yağacaq – Xəbərdarlıq