Xəbər verdiyimiz kimi, dünən Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində erməni təxribatı baş verib. İdmançımız Alika Semihovaya məğlubiyyətini həzm edə bilməyən erməni rəqib qarşılaşmadan sonra görüşmək üçün yaxınlaşarkən onu yumruqla vurub. Sözügedən idmançı etdiyi hərəkətə görə çempionatdan uzaqlaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının prezidenti Arif Məmmədov məlumat verib.
Onun sözlərinə görə, erməni karateçi həm də finalda idmançımız Alika Semihovaya uduzaraq qazandığı gümüş medaldan məhrum edilib.
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi
- Bayram namazının vaxtı - Açıqlandı
- Bu şəxslər də 1 il hərbi xidmət keçəcək
- Onların imtahan nəticələri ləğv ediləcək – Qərar
- Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
- Magistral yoldakı körpü çökdü: Yolda məhdudiyyət...
- Əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq