İsrail ordusu (ÇAXAL) İordan çayının qərb sahilindəki Cenin şəhərində genişmiqyaslı antiterror əməliyyatı keçirir.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Hazırda təhlükəsizlik qüvvələri Cenin şəhəri və eyniadlı qaçqın düşərgəsi yaxınlığında genişmiqyaslı antiterror əməliyyatı keçirir. İsrail təhlükəsizlik qüvvələri yerli yaraqlıların toplama məntəqəsi kimi istifadə etdiyi və İsrailə qarşı terror aktları planlaşdıran qərargaha hücum edib. Burada silah və partlayıcı maddələrin saxlanması üçün anbar da olub. İsrail tərəfindən axtarılan fələstinlilər bu ərazidən təhlükəsiz sığınacaq kimi istifadə ediblər”, - məlumatda deyilir.
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi