Moldova artıq Rusiya ilə əvvəlki münasibətlərini davam etdirə bilməz. Çünki Kişinyov müharibəni gözardı edə bilməz və ardıcıl olaraq hərbi təcavüzü pisləyir.
BUTA.TV xəbər verir ki, bunu Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Vlad Kuk deyib.
Kukun sözlərinə görə, Moldova Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Rusiya ilə təmasların intensivliyini azaldıb:
"Dialoq davam edir, lakin yüksək səviyyədə demək olar ki, danışıq yoxdur, tərəflər diplomatik idarələr, səfirliklər və nazirliklər vasitəsilə mesaj mübadiləsi aparırlar. Səfirliklər və nazirliklər səviyyəsində təmaslar aparılır və dialoq ilk növbədə Ukraynada baş verənlərə yönəlib. Baş verənlər bizə çox təsir etdi. Bu, bizim təhlükəsizliyimizə siyasi, iqtisadi, sosial sahələrimizə təsir etdi. Bu barədə Rusiya ilə danışırıq. Biz müharibəni qətiyyətlə pisləyirik".
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı
- Seysmik təhlükələrlə bağlı konfrans keçirildi
- Bayram namazının vaxtı açıqlandı
- Bu nəqliyyat xidmətləri artıq istifadəyə verildi