Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, Rusiya Ordusu tərəfindən Çerniqov, Çerkassı və Poltava vilayətlərinə hava hücumu təşkil olunub. “Üç “Caliber” raketi, beş İran istehsalı dron, dörd istehsal mənbəyi bilinməyən PUA-larla hücuma cəhd edilib. Nəticədə Çerniqov vilayəti dağıntılara məruz qalıb”, - deyə jurnalist əlavə edib. Qeyd edilib ki, Zaporojye Atom Elektrik Stansiyası istiqamətində vəziyyət olduqca gərgindir. Rusiyanın Kaxovka Su Elektrik Stansiyasından sonra Zaporojyedə də böyük partlayış törətməsi ehtimalı var. O da bildirilib ki, “Vaqner” şirkəti Donetskdə separatçıların nəzarəti altında olan həbsxanalarda məhkum azərbaycanlıları döyüşə cəlb etməyə cəhd göstərib: “Lakin həmyerlilərimiz bundan imtina ediblər. Nəticədə onlar “Vaqner”çilər tərəfindən işgəncəyə məruz qalıblar və razı olmayacaqları təqdirdə onları daha ağır vəziyyətin gözləyəcəyi bildirilib”.
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı