2018-ci ilin may ayından baş nazir vəzifəsinə başlayandan bəri davamlı olaraq hesabatlar alırdım, MTN davamlı olaraq müharibə ehtimalı ilə bağlı xəbərdarlıq edirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 27-də parlamentdə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında bəyan edib.
O bildirib ki, MTN hətta mümkün müharibənin vaxtını da göstərib.
Baş nazir digər hesabatlar da aldığını qeyd edib:
“Mənə məlumat verilirdi ki, beynəlxalq tərəfdaşlar da müharibə ehtimalının çox az olduğunu bildirirlər. Bildirilirdi ki, müharibənin başlama ehtimalı 30% təşkil edir və bu, siyasi hakimiyyətə qeyri-mütənasib güzəştlərə getməsi üçün psixoloji təzyiqdir”.
Paşinyan iddia edib ki, silahlı qüvvələrə kəskin addımlar atmamaq, müharibəni qızışdırmamaq barədə tapşırıq verib.
O, həmçinin iddia edib ki, 2020-ci il sentyabrın 25-də Türkiyə pilotlarının Naxçıvanda söhbəti barədə ona məlumat verilib ki, sabah hansısa mühüm əməliyyatda iştirak edəcəklər.
Qeyd edək ki, bu, ənənəvi Paşinyan yalanıdır. 44 günlük müharibə zamanı türk hərbçilər, xüsusilə türk pilotlar heç bir əməliyyatda iştirak etməyiblər. Müharibənin ilk günündə guya Ermənistan Su-25-nin Türkiyə F-16-sı tərəfindən vurulduğu haqda iddia da təsdiqini tapmadı. Bəlli oldu ki, Azərbaycanda təlimə gələn türk F-16-lar 44 gün ərzində Gəncə aerodromundan bircə dəfə də uçuşa qalxmayıb.
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
- Bunun ölkə üzrə tətbiqi nəzərdə tutulur - Nazirlik açıqladı