Bank üzrə ekspert Əkrəm Həsənov Azərbaycandan ABŞ-a və digər xarici ölkələrə köçən şəxslərə ölkə hüdudlarından nə qədər məbləğdə pul çıxarmaq icazəsinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Ekspert açıqlamasında deyib ki, bir nəfər ölkədən çıxanda nağd şəkildə 10 min dollar çıxara bilər.
“Yaxud həmin şəxs əvvəllər ölkəyə 50 min dollara qədər pul gətirdibsə, onda 50 minə qədər ölkədən çıxara bilər. Bundan yuxarı məbləğlərin xaricə çıxarılması ancaq banklar vasitəsilə köçürməklə mümkündür. Belə ki, xaricə öz hesabına, ailə üzvlərinə, yaxın qohumlarına ayda 10 min köçürə bilər. Başqa cür mümkün deyil”.
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş