Doğma yurdlarına köçürülən laçınlı ailələri aparan növbəti köç karvanı Laçına çatıb.
BUTA.TV-ın xəbərinə görə, şəhərin girişində - Həkəri çayın üzərində ailələrin qarşılanma mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Bu mərhələdə Laçın şəhərinə daha 15 ailə - 53 nəfər köçürülüb. Bununla da şəhərdə 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş