Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin faunaya malikdir.
BUTA.TV xəbər verir ki, Laçın təbiətində qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, süleysin və bir çox məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir. Bu dəfə isə Laçın dağlarında qonur ayı və balalarının görünməsi diqqəti cəlb edib.
Bir müddət dağ ətəyində müşahidə olunan ayı və balaları daha sonra dağların meşəlik hissəsinə çəkilib. Ayı və balalarının görüntülərini təqdim edirik.
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş