“Vaqner”in rəhbəri Yevgeni Priqojinlə Rusiya hərbi rəhbərliyi arasında münaqişə kifayət qədər realdır və səhnələşdirilməyib.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Mən bunu ictimaiyyət üçün oyun və ya saxta adlandırmayacağam. Bu münaqişə tamamilə realdır və onlar bunu prinsipcə gizlətmirlər. Priqojin adətən yalan danışan Rusiya Müdafiə Nazirliyindən fərqli olaraq ordudakı vəziyyətlə bağlı həqiqəti deyir. Priqojin daha çox həqiqəti deyir, Rusiya Müdafiə Nazirliyi isə əksinə, daha çox yalan danışır. Konaşenkovun Müdafiə Nazirliyinin, ümumiyyətlə, Baş Qərargahın hesabatlarına qulaq asırsan, orada hər şey qaydasındadır, qalib gəlirlər, harasa doğru irəli gedirlər. Priqojin isə əksinə, deyir ki, ətrafa baxın - bu, mütləq qalibiyyətli müharibə deyil, burada, prinsipcə, qalib gəlməyin yolu yoxdur. O deyir ki, ordunun sursatı yoxdur, nə edəcəklərini anlamırlar, çünki təlim keçməyiblər”, - Budanov bildirib.
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş