Ermənilər Rusiyadan daha çox, İrandan hərbi-siyasi yardım gözləyirlər. Son 30 ildə Ermənistanda Rusiyaya münasibət çox müsbət olub. Demək olar ki, bütün keçirilən rəy sorğularında Rusiya 75-80% səs toplayaraq Ermənistana dost ölkələr arasında həmişə birinci yeri tutsa da, vəziyyət dəyişib. Son iki-üç ildə Rusiyanın nüfuzu azalmağa başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının üzvü, erməni professor Gevorq Poqosyan deyib.
“Üstəlik, son sorğuların göstərdiyi kimi, bu fonda İran (32,7%), Fransa (25,2%) və ABŞ-a (23,0%) münasibət yaxşılaşır. Sorğulara əsasən, ermənilərin 40%-i İrandan hərbi-siyasi yardım gözləyir; 34% - Fransadan, 30% - Rusiyadan. Bu dəyişikliklər İkinci Qarabağ müharibəsi və müharibədən sonrakı vəziyyətlə bağlıdır. Ermənistanda, xüsusən sosial şəbəkələrdə və bəzi KİV-lərdə antirusiya əhval-ruhiyyəsi artıb. Bəzi qərbyönlü vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal işləyir. Müasir şəraitdə bu, Türkiyənin Cənubi Qafqazda təsirinin artmasının xeyrinə Rusiyanın regionundan sıxışdırılması deməkdir. Bu qaçılmazdır, çünki burada ya Rusiya və Aİİ-nin təsiri üstünlük təşkil etməlidir, ya da NATO nümayəndəsi kimi Türkiyənin”, - o bildirib.
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır
- Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...
- FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş