Tanınmış vəkil Elçin Sadıqov barəsində Vəkillər Kollegiyası tərəfindən intizam icraatı başlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Elçin Sadıqov Feysbuk səhifəsində özü məlumat yayıb.
“Vəkillər Kollegiyası yenə bizə qarşı siyasi repressiyanı davam etdirir. Gördülər ki, saxta cinayət işi ilə bir şey alınmır, indi də Eynulla Fətullayevin eyni məzmunlu şikayəti əsasında barəmdə intizam icraatı başlanıb. Halbuki Eynullanın şikayəti üzrə biz vəkil müştəri münasibətində olmamışıq.
Hazırda insan hüquqlarını müdafiə edən digər vəkillərə qarşı da əsassız intizam icraatları var. Ümid edirəm ki, bunların qarşısı alınacaq və biz öz peşə fəaliyyətimizi müstəqil icra edə biləcəyik”, – o bildirib.
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır