Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyasının Ermənistanla bağlı hesabatı bu ölkədə dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün qızışdırıldığını bir daha sübut edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Tvitterdə yazıb.
“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib. Ermənistanda nifrət nitqinin dayandırılması təşəbbüsü yoxdur; “erməni kimliyinə” istinad çox vaxt nitq və hərəkətlərdə dözümsüzlük, nifrətin qızışdırılması üçün sui-istifadə olunur və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hərtərəfli hüquqi müddəalar yoxdur. Bu, Ermənistanda dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün olduğunu bir daha sübut edir”, - XİN rəsmisi vurğulayıb.
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır