Hindistan önümüzdəki illərdə ABŞ üçün kritik strateji tərəfdaş olacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
ABŞ və Hindistan arasında möhkəm müdafiə əməkdaşlığının olduğunu bildirən Kirbi bu əməkdaşlığı inkişaf etdirmək üçün çalışacaqlarını bildirib.
Baydenin Modi ilə görüşündə Ukraynanın da gündəmdə olacağını vurğulayan Kirbi üçüncü ölkənin Ukraynada mümkün sülh prosesinə qarışması məsələsini müsbət qarşılayacaqlarını deyib. Digər tərəfdən Kirbi bu prosesin uğurlu olması üçün Ukraynanın ərazi bütövlüyünə bağlılığın qəbul edilməsi lazım olduğunu da bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Hindistan Baş naziri Narendra Modi ilə Ağ Evdə görüşəcək. Modinin ABŞ-a səfər tarixi açıqlanmayıb.
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi
- Azərbaycanda pensiyalarla bağlı yenilik
- Prezidentin sosial şəbəkə hesablarında Qazaxıstan səfərindən - Paylaşım edildi
- Bu qadağanı pozanları cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
- Mürsəl İbrahimov onu rəis təyin etdi
- Bakıda 49,5 milyon manata yeni park salınır