Rusiya yaxın günlərdə İran PUA-larının yeni partiyasını alacaq. Onlar Ukraynaya hücumları gücləndirə bilərlər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.
“Hazırda Rusiyada PUA-ların sayı daha da azalıb və onlar qrup halında istifadə olunur, 4-7 ədəd. Bu, işğalçıların tədarükünün azalması deməkdir. Ruslar yaxın günlərdə tədarükü yeniləyə və hücumun intensivliyini artıra bilərlər”, - o bildirib.
Qeyd edək ki, ötən gün Rusiyaya uçan İran Hərbi Hava Qüvvələrinin İl-76TD təyyarəsinin “Şahid-136” PUA-sının yeni partiyasını daşıdığı haqda məlumat yayılmışdı.
- Tanınmış kardioloqa yüksək vəzifə verildi
- Rayonlarda torpaq bahalaşır - Video
- Bu rayonda 3 saat işıq olmayacaq
- “Yaşıdlarım nəvə sevinci yaşayır...” - 23 il sonra gələn möcüzə-Video
- Bir ev qiymətinə kənd satın aldılar - Fotolar
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi