Qazaxıstan hakimiyyəti ölkənin müxtəlif obyektlərinə sovet xadimlərinin adlarının verilməsini dayandırmalı və öz görkəmli simalarının siyahısını yaratmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
“Tarixi özünüdərkin gücləndirilməsində böyük əhəmiyyət kəsb edən ən mühüm ideoloji alət onomastikadır. Müxtəlif obyektlərə tərcümeyi-halı kiminsə şəxsi maraqları naminə qəsdən mifləşdirilən sovet dövrünün xadimlərinin adlarının verilməsi praktikasını dayandırmaq lazımdır. Əvəzində daxildə və xaricdə milli kimliyimizi göstərən görkəmli şəxsiyyətlərin vahid silsiləsindən istifadə edilməlidir”, - o bildirib.
Tokayev milli prioritetləri nəzərə alaraq onomastik prosedurları tənzimləməyə çağırıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti analoji təklifi mart ayında da səsləndirmişdi.
- Tanınmış kardioloqa yüksək vəzifə verildi
- Rayonlarda torpaq bahalaşır - Video
- Bu rayonda 3 saat işıq olmayacaq
- “Yaşıdlarım nəvə sevinci yaşayır...” - 23 il sonra gələn möcüzə-Video
- Bir ev qiymətinə kənd satın aldılar - Fotolar
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video
- Sabiq icra başçısı vəfat etdi