Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xürrəm əvvəllər korrupsiyada ittiham olunan Yunis Fatehi Təbrizə başçı (fərmandar) təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Fatehin fərmandar təyin edilməsi yerli media orqanları və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olub. Onlar bundan öncə bir sıra qanunsuz işlərdə, o cümlədən korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılan şəxsin şəhər başçısı seçilməsinə etiraz ediblər.
Qeyd edək ki, İnzibati Ədliyyə Məhkəməsi Baş Kollegiyasının 1417 saylı qərarına əsasən, Yunis Fatehin özəl şirkət, qurum və təşkilatlarda, habelə rəsmi orqanlarda vəzifəyə təyin olunması qanuna ziddir.
- “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
- Tanınmış kardioloqa yüksək vəzifə verildi
- Rayonlarda torpaq bahalaşır - Video
- Bu rayonda 3 saat işıq olmayacaq
- “Yaşıdlarım nəvə sevinci yaşayır...” - 23 il sonra gələn möcüzə-Video
- Bir ev qiymətinə kənd satın aldılar - Fotolar
- 7 metrlik qızıl heykəli ucaldıldı - Video
- Evlilik təklif edərkən vulkan püskürdü - Video