Daşkəsəndə oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, bu ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövlədən qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırdabuynuzlu heyvan oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov, Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmiraslanov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- QHT-lər üçün birgə qrant müsabiqələri elan edək - Çağırış
- Kardiologiya İnstitutunda - Yeni təyinat
- Prezident sərəncamı: bu yolda fəsadlar aradan qaldırılır
- Samovar çayının qiyməti 50 manata yüksəldi - Video
- Hərbçilərimiz “düşməni” zərərsizləşdirdi - Video
- “Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
- Tanınmış kardioloqa yüksək vəzifə verildi
- Rayonlarda torpaq bahalaşır - Video