Topçubaşovun Parisdəki məzarı ziyarət olundu - Foto

01:32 - 28 May 2023 - GÜNDƏM

 Topçubaşovun Parisdəki məzarı ziyarət olundu - Foto

Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tvitter hesabında paylaşım edib.

“Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən biri, Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisin Sen Klu qəbirstanlığındakı məzarını ziyarət etdik.

28 May Müstəqillik Günümüz mübarək olsun!”, - səfir qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol